Qurban Səid kimdi?

Dr. Manaf Sababi, Isveç

Manaf.sababi@astrazeneca.com

İlk olaraq 1980-illərdə Qurban Səidin adını bir isveçli dil müəllimindən eşitdim. O xanım həmən mənim azərbaycanlı olduğumu öyrənərək Qurban Səidin adını çəkdi. Təəsüflə, Qurban Səid kim olduğu mənə mübhəm olduğu üçün mən bir ğururla yox, bəlke pərişan əhvalatla o azərbaycanlını tanımadığım diyə susdum. Ürəkdən arzu etdim ki bu xanım Şəhriyar, Səməd Vurqun, vəya Pərvin Etisam kimi tanımış (hər halda bizə) azərbaycanılar haqda söhbət etsin və mən onda onlarin əsərləri üzrə məmnuniyyətlə öz fikrimi bildirim. Sonra bəlli oldu ki o böyük azərbaycanlı şəxsiyyətlərin əsərləri Qurban Səid ilə müqayisədə hələ qərbdə kifayət qədər şöhrət qazanmamış. Bu hadisə üstündən artıq bir neçə illər keçdi və mən bir gün kitabxanda Qurban Səid adla bir kitab gözümə toxundu və həmən əlimə alıb evə götürdüm. Kitab ”Əli və Nino” adı ilə 1937-ci ildə alman dilində Vyanada nəşr olunmuş və sonra neçə avropalı dillərə o cumlədən ingliscə, fransca və isveç dilinə tercumə olunub. ”Əli və Nino” 1905-ci ildə rusiyada baş verən inqilab ərəfəsində bir müsəlman azərbaycanlı ilə gürcü qızı arasında məhəbbət əhvalatını bir roman kimi izah edir. Azərbaycanlı arostokrat (şahzadə) ailəsindən olan Əli Xan Şirvanshir bir gürcülü Nino Kipiani adlı qıza məktəb dövrundan aşiq olur və sonra onun ila evlənir. Bu arada müəllif Əli Xanin iki üzlü erməni dostu, Nacarariyanin, simbolisk əbədi xiyanətini və XX əsrin başlanğıcında Qafqazda baş verən siyasi hadisəleri çox diqqət ilə qələmə almış. Joan Wain romanın muqədəməsində (ön söz) yazdığı kimi, müəllif tarixi episodlar yaratmış. Eyni halda, müəllif o dövrandaki Şərq ilə Qərb (və həmçinin islam ilə xristiyən ) arasındakı əlaqələri və şuqəsi olur və əslində 1937-ci ilin şəraitinə görə Elfreyd ”Əli və Nino” romanın təxəllusu olur. Lev 1938-ci ildə bir italiyan kəndinə, Pozitano, qaçır və 1942-ci ildə otuz alti yaşinda orda ölür və kəndin müsəlman qəbristanlığında dəfn olur. Məncə, Qurban Səid kim olduğunu ədalətlə həl etmək üçün bu variantlari  diqqətlə  analiz etmək lazimdir.

1- Yusif Vəzir اəmənzəminlinin bu əsərə müəllif olmasi konkret sənədlərin rəd olmalıdı. Hanki səbəblərə görə ancaq bu əsərdə qondarma addan istifadə etməsi aydın deyil. Almanca ilk dəfə bu əsərin Vyanada nəşr olması da اəmənzəminlinin  əleyhinə tamam olur.

2- Ola bilsin ki bu əsər bir azərbaycanlı disident vasitəsi ilə Vyanada yazılmış vəya oraya gətirilmiş və sonra alman dilinə çevrilib və nəşr olunub. Müəllif qohumlarını təhlukiyə salmeyim diyə, qondarma adından (Qurban Səid) istifadə etmiş. Bu variantın ləhinə heç bir sənəd olmadığına baxmiyaraq, o birki variantların rəddi isə, bu variantın həqiqətə yaxin olduğunu daha subut edir. Əlave etmək lazimdir ki ”Əli və Nino” romanı Elyas bəy-in söz ila sona çatir. Orada Elyas bəy romani nəcur ələ keçirtiyini bildirir və sonra onu Əli Xanin ailəsinə verəcəyini vurğulanır.

3- Müəllif Lev Nissembaum ola bilməsi üçün bir sıra ciddi və əhəmiyyətli məlumatlar roman da vardır ki onların incələnməsi lazımdır. O məlumatlar bundan ibarətdiler:

- Birinci bolumde Əli bəy qeyd edir ki onun əmisi ”Əssed-ed-Devle” Nasr-ed-Din (1848-96, Iran) şahın ətrafında vəzife sahibi olmuş.  O ise Qacar şahların sərayında baş verən hadisələr və əhvalatlara romanda aydınlıq gətirə bilir. Bundan əvvəl, Azərbaycan əyalətin başçısı Həsən Quli Xan ila silahdaş olan Ibrahim Xan Şirvanşir (Əli bəyin babasi, Səfər Xanın atası ) da Qacar şahlar ila six-six əlaqədə olmuş. Və ancaq bu münasibətdən asli olaraq müəllif geniş siyasi və ictimai məlumata malikdir. Bu həqiqətə qüvvət Əli Xanin verdiyi məktəbun son günündəki süala cavabdır. Müəllif o cavabda tarixi hadisələri qalib rys baximin əksinə azərbaycanlı vərsiyasını (Şirvanşir ailəsinin vərsiyasini) təqdim edir. Bu aydınca isbat edir ki ”Qurban Səid” Lev Nissembaum ola bilməz. Ona görə ki 1905-ildə anadan olmuş islam dinini qəbul etmiş bir yəhudi belə bir xüsusi məlumata sahib ola bilməzdi. O dövrdə mövcud qaynaqlardan istifadə etməkdə mümkün ola bilməzdi, çünki şahın ətrafında ali vəzifiyə malik olan ancaq o məlumatlara əl tapa bilərdi. Vəya romanın 16-ci bölümündə müstəqil Azərbaycan respublika yaratmaq istiqamətdə ilk toplumundaki dialoqların izahi aydınca göstərir ki vətənpərvər azərbaycanlılardan başqa o yığınacaqda əslən azərbaycanlı olmiyan (məsəl olaraq islam dinini qəbul etmiş bir yəhudi ) iştirak edə bilməzdi. Və hətta bir bəhai dinli azərbaycanlı o toplumda iştirak etsədə, ancaq onun vətənpərvərlik hisləri üstün alınıb. O isə, Lev o toplumda ola bilməzdi, və olsaydıda illər boyu sonra o hadisələri də elə detalar ila izah etmək mümkün olmazdi.

-  Romanın 5-ci bölümündə Qarabağ haqda söz gedir. Müəllif bir yəhudi olsaydi, yəqin ki ermənin 5000 illik kilisa iddiasi haqda başqa bir cavab verməliydi. Amma, görünür ki, cavab həmən yerli azərbaycanıların, nə inki bir müsəlman azərbaycanlının, standard fikiri kimi deyilir. Buna əlavə, müəllif Əli Xan ila Seyd Mustafa arasında osmanlı quşunun Bakıya yaxınlaşma ərəfəsində ki fikir mübadilə da türklərin qardaş xalq olduğunu onlarin şiə imamlara xiyanətindən üstün göstərir. Yəqin ki islam dini qəbul etmiş bir yəhudi-almanli heç zaman belə milli hislərin dinə qarşı üstünlük götürməz.   

- 10-ci bölümde birinci dünya müharibəsi xəbərini eşidərkən , Əli Xan Quran kitabina müraciət edir və onu oxuyur. Həmçinin Tehranda olduğu zaman farsca ziddiyyətləri hər tərəfli göstərməyə cəhd edir. Romanın həyacanlı səhnələri dəyşik yerlərdə (Bakı, Şuşa, Tiflis və dağistanda) formalaşsada, amma tarixi hadisələr çox detalarla (cüziaytlarla) Bakı və Tehrandan qələmə çəkilir. Qeyd etmək lazimdir ki müəllif bir akademik tarixçi olmadiyi üçün bəzi hadisələri o cümlədən Teymur Leng-in 7-dəfe Tiflisə yuruşunu (Nino deyir), vəya Fət Əli şahın dövrundaki Rus vəzirliyinə hucum səhnəsi və şahın o tədbirdən razi qaldığını düzgün izah etmir. 

Səid Qurban kim olduğu haqda məlumat vermədən nəşr olunan əsər uzun illərdən bəri Azərbaycan ədəbi-ictimai alimlərini narahat edib. Eyni halda yəhudi və almanli mədəni xadimlər da bu müəllifə sahib durmaqa cəhd edilər.

·   Bəzi rəvayətlərə görə ”Əli və Nino” Azərbaycan respublikasının məşhur yazıçısı Yusif Vəzir اəmənzəminlinin əsəridir.

·       Digər rəvayətlərə görə , müəllif ziyali ailəsindən olan bir vətənpərvər azərbaycanlı disident (siyasi qaçqın) olmuş.O qohumlarını Stalin-in   təhlükəsindən qorumaq üçün qondarma (yalançı) addan istifadə etmiş .

·           Amma son illərdə bir amerikali jurnalistin, Tom Reiss (New Yorker 1999, oktyabr), iddiasina görə ”Əli və Nino”-nin müəllifi, əslən Bakılı, islam dinini qəbul etmiş bir yəhudidir. Tom Reissə görə onun adı Lev Nissembaum-idi və müsəlman olduqdan sonra Əsəd adını götürmüşdü. Lev 1905-ci ildə Bakıda bir zəngin almanli-yəhudi ailəsində anadan olmuşdu və sonra Bolşoviklərə görə vətəni tərk edib Berlinə getmişdi. O Əsəd adi ila 15-dən artiq əsər yazır və nəhayət onun yəhudi olduğu faş olduqdan sonra 1935-ci ildə Vyana qaçıb gedir. Tom Reissə görə Lev bir almanli baron ardavin, Elfreyd von Ehrenfels danişmasi və habelə şer deməsi müəllifin fars və ərəb dilinə təsəllütünü və qabiliyətini aydinca göstərir. Beləlikdə 1905-ildə anadan doğulan Lev Nissembaum gənc yaşda yüksək səviyədə azərbaycan, rus, fars, alman, ərəb və yəqin ki ebri dilinə öz ana-dili kimi bacarmasi bir az həqiqətə uyğun gəlmir. Ancaq bir azərbaycanlı arostokrat bu dilləri öyrənmək imkani olduğunu ”Əli və Nino” nağılından almaq olar.

-  Müəllif romanın 22-ci bölümündə İranda yerləşən Ənzəli şəhərin ev quruşuğunu, xalqın əhvalatını eyni ki vardir çox detalar  la izah edir. Sonra 23-ci bölümdə Rəşt ilə Tehran yolunu, Tehranin şəhər strukturunu o cürki vardır qələmə çəkir və dəqiqən o dövrdə səraylarda və xalq arasında hakim olan etika və normlarını bir tarixi sənəd kimi yazır. Müəllif detalara dəvam edir və 24-ci bölümdə Tehranda siyasi hazisələrin mərkəzindən xəbər verir.     

Romanda yazilan əhavalatlara diqqət olunarsa, aydınca görünür ki bu nağılı Lev Nissembaum yaza bilməzdi. Belə dəqiq detali yazmaq üçün o hadisələrda iştirak etmək lazimdir və Lev Nissembaum nə yaşına və nədə sosial imkanatlarına görə ola bilməzdi.

Lev Nissembaum islam dinini qəbul etmişdisə, nədən onun romaninda Əli Xan heç bir zaman namaz qılmır. Vəya Nino və Nacarariyan ila mübahisədə dini arqumentlərdən istifadə olunmur.

Bu ki bəzən iddia olunur (Matt Nesvisky, Yurusalim post qezeti, Yanvar ayi 2001) bu roman yəhudi Lev Nissembaum və almanlı qadın Elfreyd von Ehrenfelin birlik məhsuludur, oda həmən yoxarıdaki qeyd olunan səbəblərə görə rəd olunmalidi. Buna əlave ki Elfreyd öz əsil adindan yazılarında istifadə etmiş. Qaldi Lev Nissembaum kim olduğu, yəqin ki Jenia Graman (ilk dəfə romanı alman dilindən inglis dilinə çevrib) və Tom Reiss demişkən o həmən Əsəd bəy olmuş və onun yazıları bioqrafik xarakteri daşıyib.

Indi isə, bir başqa romanın (The Girl from the Golden Horn, Noyabr 2001) Qurban Səid tərəfindən 1938 ildə yazılmasını Jenia Graman yenədə iddia edir. Romanın müəllifi Qurban Səid dərc olunur və nağıl bir türk qızın məhəbət əhavalatını Berlin şəhərində izah edir. Asiadeh Anbari (bir türk paşa qızı) birinci dünya müharibəsindən sonra Berlində olarkən bir almanlı həkimə (Dr. Hassa) aşiq olur və yenidən nağıl bu iki dəyşik kulturlər arasındaki zidiyyətləri izah edir. Bu əsərdə ifade olunan qəm-qüssə və bəlalar “Əli və Nino” kimi güclü deyil. Məncə, bu roman ila “Əli və Nino” arasında çox fərqlər vardır və həmən şəxs bu iki nağılların müəllifi olmasi mümkün deyil. Məsəl olaraq, yazılan metaforlar və heyacanlı səhnələrin izah forması. Həmçinin azərbaycan qaydaları və ənənələrin türk qaydalarından fərqli olduğu belə imkani müəllife yarada bilmez. Əlbəttə təbiidir ki kitabi çox tirajda satılsın diye Jenia Graman bu iddiani irəli sürür. Oda aydındır ki belə qeyri-qanunu təşəbbüsə qarşıƏli və Nino” romanın əsil yazarı qanunu mərkəzlərə müraciət etmiyəcək. Həqiqətən ola bilsin ki bu yeni romanın müəllifi Əsəd bəy (Lev Nissembaum) olsun, amma hətta elə iddia da şübhə altinda qalmalidi .

 

Get Yuxarı İ  بالای صفحه

بازگشت به صفحه اصلی

Copyright © 2003 [Dan Ulduzu]. All rights reserved.